Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib.
Trend xəbər verir ki, Şəki şəhər stadionunda keçirilən yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları qarşılaşıblar.
Oyun Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti oyun Özbəkistan və Qazaxıstan komandaları arasında keçiriləcək.
Qeyd edək ki, 6 ölkənin komandalarının qatıldığı çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.