Bakı. Trend:
Meksika və ABŞ qeyri-qanuni silah alveri ilə mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatının MakAllen şəhərində iki ölkə rəsmiləri arasında keçirilən işgüzar görüşdən sonra verilən açıqlamada bildirib.
"Meksika Təhlükəsizlik Şurasının nümayəndələri Meksika-ABŞ Təhlükəsizlik Müqavilələrinin İcra Qrupunun ilk iclası üçün MakAllendə ABŞ hökuməti həmkarları ilə görüşüblər. Bu mexanizmin məqsədi iki hökumət arasında razılaşdırılmış sərhədlərin mühafizəsi və hüquq mühafizəsi üzrə əməkdaşlıq proqramı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsinə nəzarət etməkdir", - deyə nazirlik qeyd edib.
Bildirilib ki, “məqsədi ümumi sərhəddən qeyri-qanuni silah axınını dayandırmaq olan “Kortafueqos missiyası: Qeyri-qanuni odlu silah ticarətinə qarşı birlikdə” təşəbbüsünün başlanması elan edilib.