...

Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc medal qazanıb (YENİLƏNİB)

İdman Materials 28 Sentyabr 2025 12:45 (UTC +04:00)
Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc medal qazanıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stolüstü tennisçilər Yağmur Məmmədli və Aylin Əsgərova III MDB Oyunlarının bürünc mükafatına layiq görülüblər.

Trend xəbər verir ki, bu gün keçirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1:3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.

Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3:0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov-Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

XXX

11:45

III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri yarımfinalda növbəti oyununu keçirib.

Trend xəbər verir ki, Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarus təmsilçiləri ilə qarşılaşıblar.

Təmsilçilərimiz 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti