Bakı. Trend:
Danimarka səmasında hava limanının işini pozan pilotsuz uçuş aparatları göründükdən sonra Şimali Atlantika Alyansı (NATO) Baltik dənizi regionunda nəzarəti gücləndirəcək.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi əldə etdiyi bəyanata istinadən xəbər verib.
Məlumata əsasən, NATO müxtəlif aktivlərdən istifadə etməklə regionda "daha da gücləndirilmiş müşahidə" aparacaq.
Bildirilib ki, Alyans Baltikyanı ölkələrə bir sıra yeni aktivlər, o cümlədən “kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı” yerləşdirəcək.