...

Messinin çıxış etdiyi "İnter Mayami"nin üç oyunluq seriyası başa çatıb

İdman Materials 28 Sentyabr 2025 03:56 (UTC +04:00)
Messinin çıxış etdiyi "İnter Mayami"nin üç oyunluq seriyası başa çatıb

Bakı. Trend:

MLS çərçivəsində “Toronto” futbol klubu öz meydanında Lionel Messinin çıxış etdiyi “İnter Mayami” komandasını sınağa çəkib.

Trend-in məlumatına görə, “BMO Field” stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. Qonaqların yeganə qolunu Jordi Albanın ötürməsindən sonra Tadeo Allende vurub.

Bu nəticə ilə “İnter Mayami”nin üç oyunluq qələbə seriyası dayanıb. “Toronto” isə ardıcıl yeddinci dəfə bərabərliklə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti