Bakı. Trend:
Tehran və "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların nəticəsiz qalmasından sonra İrana qarşı sanksiyaların bərpa olunduğunu elan edən Qərb ölkələri İran tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
"Diplomatiyanın qapısı açıqdır, biz dialoqu davam etdirmək istəyirik", - deyə o bildirib.
Onun sözlərinə görə, sanksiyaların bərpası barədə qərar Tehranın Qərb ölkələrinin “təklifindən yararlanmamasından” və “sanksiyaların tətbiqi ilə bağlı bu qərarın təxirə salınmasına səbəb ola biləcək” təminatları verməməsindən sonra qəbul edilib.