Bakı. Trend:
III MDB Oyunlarında Azərbaycan növbəti medala sahib olub.
Trend xəbər verir ki, üzgüçülük üzrə qadınların yarışında 100 metr məsafəyə "butterfly" üsulla üzmədə Mehri Əbdülrəhmanlı 3-cü yeri tutub.
Yarışda Rusiya təmsilçisi Yevgenia Sadovnikova qızıl, Qazaxıstan idmançısı Taissiya Korotkova isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, bu, III MDB Oyunlarında üzgüçülük üzrə Azərbaycanın ilk, ümumilikdə isə 4-cü medalıdır. Hazırda Azərbaycan 2 gümüş və 2 bürünc medala malikdir.