Bakı. Trend:
İtaliya milli yığması kişi komandaları arasında keçirilən voleybol üzrə dünya çempionatının qalibi olub.
Trend xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən final oyununda İtaliya Bolqarıstan komandası üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
İtaliya Prezidenti Sercio Mattarella milli komandanın üzvlərini qələbə münasibətilə təbrik edib və onlarla Romanın “Quirinale” Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Baş nazir Ciorcia Meloni isə yığmanı qalib İtaliyanın qüruru adlandırıb.
Bu, İtaliya kişi voleybol millisinin ardıcıl ikinci, ümumilikdə isə beşinci dünya çempionluğu olub (1990, 1994, 1998, 2022 və 2025). Qeyd edək ki, İtaliya qadın voleybol komandası da sentyabrda dünya çempionu adını qazanıb.