Bakı. Trend:
Azərbaycan idmançıları III MDB Oyunlarında stend atıcılığında medal qazanıblar.
Trend-in məlumatına görə, Cavid Həsənov və Cəmilə Paşayeva qarışıq komanda yarışında üçüncü yeri tutaraq bürünc medala sahib olublar.
Qızıl medal rusiyalı İlya Kuşagin və Yelizabeta Yevgrafovaya, gümüş isə qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarovaya qismət olub.