Bakı. Trend:
ABŞ-nin Missuri ştatında anonim Powerball oyunçusu 410 milyon dollarlıq cekpotun qalibi olub.
Bu barədə Trend “Bild”ə istinadən xəbər verir.
Qalib açıqlamasında həyat tərzində hələ heç bir dəyişikliyin baş vermədiyini bildirib: “Mən daha çox ev adamıyam. Mənim ideal günüm evdə oturmaq və indi etdiyim işi görməkdir – dincəlmək. Mən milyonçuyam, multimilyonerəm, amma dünən gecə paltarlarımı yuyurdum”, – deyə o qeyd edib.
Lotereya qalibi ilk növbədə “bir ilini özünə həsr etmək” istədiyini desə də, bu planın reallaşacağına şübhə ilə yanaşır: “Arvadım məni şəhərdən çıxaracaq”, – deyə zarafatla əlavə edib.
410 milyon dollar Missuri tarixində ən böyük lotereya uduşu hesab olunur. Qalib uduşlu bileti sentyabrın 6-da Sent-Luis şəhərindəki “QuickTrip” restoranından alıb.
Xatırladaq ki, ötən il xərçəng xəstəsi olan laoslu mühacir ABŞ-də “Powerball” lotereyasında 1,3 milyard dollar qazanmışdı.