...

Stolüstü tennişçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar (FOTO) (YENİLƏNİB)

İdman Materials 28 Sentyabr 2025 18:46 (UTC +04:00)
Stolüstü tennişçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.

Trend xəbər verir ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər.

Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.

Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.

XXX

18:14

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının yarımfinal mərhələsində mübarizəni dayandırıblar.

Trend-in məlumatına görə, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət komanda qoşa yarışlarda Rusiya təmsilçiləri ilə üz-üzə gəlib.

Azərbaycan idmançıları bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olaraq finala yüksələ bilməyiblər.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti