Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nizamlanmaya dair yeni razılaşmaların mümkünlüyünə əminliyini bildirib.
Trend xəbər verir ki, bunu o, "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Tramp paylaşımında bildirib: “Yaxın Şərqdə böyük bir şeyə nail olmaq üçün real şansımız var. İlk dəfədir ki, hamı xüsusi nəyəsə köklənib. Biz buna nail olacağıq”. O, bununla bağlı əlavə detalları açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Tramp Qəzza sektorundakı münaqişənin nizamlanmasına dair, HƏMAS tərəfindən girov saxlanılanların azad olunmasını nəzərdə tutan razılaşmanın yaxın zamanda imzalanmasının mümkünlüyünü bəyan etmişdi.