...

III MDB Oyunlarında təhlükəsizlik tədbirləri təmin olunur (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2025 22:05 (UTC +04:00)
III MDB Oyunlarında təhlükəsizlik tədbirləri təmin olunur (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə və ölkəmizin daha 6 şəhərində bu gündən start götürən III MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin olunur.

Trend xəbər verir ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə naryad qrupları şəklində xidmət aparırlar.

Oyunların keçirildiyi bütün ünvan və ərazilər nəzarətə götürülüb, asayişin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti