...

Orta Dəhliz Türk dövlətlərinin birgə sənaye layihələri üçün platformaya çevrilir - Özbəkistandan baxış

İqtisadiyyat Materials 29 Sentyabr 2025 16:50 (UTC +04:00)
Orta Dəhliz Türk dövlətlərinin birgə sənaye layihələri üçün platformaya çevrilir - Özbəkistandan baxış
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan kimi Özbəkistan da, Orta Dəhlizi Qərblə Şərq arasında strateji iqtisadi körpü kimi nəzərdən keçirir və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə sənaye layihələrini fəal şəkildə təşviq edir.

Bunu Trend-ə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararasıd Araşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı Əzizcon Kərimov Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin Bakıda keçirilən konfransı çərçivəsində bildirib.

“Orta Dəhliz yalnız tranzit istiqaməti olmamalıdır. Türk dünyası əməkdaşlığı inkişaf etdirməli və mövcud sənaye və intellektual potensialdan istifadə edərək birgə iqtisadi layihələr həyata keçirməlidir”, - deyə Kərimov vurğulayıb.

Kərimov həmçinin, ilk mərhələdə müxtəlif ölkələrin məhsullarını birləşdirəcək, sonradan isə genişmiqyaslı ortaq türk iqtisadi layihələrinin əsasını təşkil edəcək ümumtürk brendinin formalaşdırılması perspektivinə toxunub.

“Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin sənaye və xammal potensialından, eləcə də regionun insan kapitalından istifadə türk dünyasının iqtisadi məkanını möhkəmləndirməyə imkan verəcək”, - deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti