...

Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Siyasət Materials 29 Sentyabr 2025 17:14 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

29 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Yermek Koşerbayevi xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminlik ifadə olunub.

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq barədə məlumat verilib.

Nazir Yermek Koşerbayev təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti