Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir
İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir,
onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"