...

Azərbaycana külli miqdarda narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır

Gündəm Materials 29 Sentyabr 2025 17:52 (UTC +04:00)
Azərbaycana külli miqdarda narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Külli miqdarda narkotik vasitəni ölkəmizə keçirməkdə təqsirləndirilən İran vətəndaşları barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Trend xəbər verir kii, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cari ilin fevralında Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılıb.

"İstintaqla İran İslam Respublikası vətəndaşları Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu, Kər Fərzad Anatağun oğlunun Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Qızıl Qaffar Nurməhəmməd oğlu və Qaranejad Behzad Əbdülqəfur oğlunun və qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək birinci qrupun Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda narkotik vasitə sayılan - 11 kq 25 qram olan qurudulmuş marixuana, 1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar edilərək götürülüb".

Qeyd edilib ki, toplanmış sübutlar əsasında Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu və Kər Fərzad Anatağun oğluna Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi) maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti