...

İqlim dəyişikliyini həm ətraf mühit, həm də iqtisadi prioritet kimi qəbul etməliyik - Viktor Kovalenko

Yaşıl iqtisadiyyat Materials 29 Sentyabr 2025 13:08 (UTC +04:00)
İqlim dəyişikliyini həm ətraf mühit, həm də iqtisadi prioritet kimi qəbul etməliyik - Viktor Kovalenko
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dekarbonizasiya yalnız hökumətlərin işi deyil, o, hər bir müəssisənin gündəlik fəaliyyətindən irəli gəlir. Bizneslərin ehtiyacı olan, yalnız aydın çərçivə və istiqamətdir.

Trend xəbər verir ki, bunu "EY" şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf Xidmətləri rəhbəri Viktor Kovalenko Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O qeyd edib ki, şirkətlər iqlim dəyişikliyinin əməliyyatlarına konkret risklər törətdiyini görəndə, bu məsələ risk idarəçiliyinin bir hissəsinə çevrilir:

"Risk idarəçiliyi isə hər bir biznesin başa düşdüyü bir anlayışdır. İqlim dəyişikliyi real maliyyə təsirinə, xərclərə, risklərə və imkanlara çevrildikdə şirkətlər hərəkətə keçir. Çünki o vaxt məsələ yalnız ətraf mühitlə bağlı deyil, bu, pul, rəqabət qabiliyyəti və uzunmüddətli dayanıqlılıq məsələsidir".

V. Kovalenkonun fikrincə, buna görə də iqlim dəyişikliyi həm ətraf mühit, həm də iqtisadi prioritet kimi qəbul edilməlidir: Risklər realdır, imkanlar da realdır. Hökumətlər və biznes birlikdə çalışdıqda, biz bu riskləri idarə edə və eyni zamanda daha təmiz, dayanıqlı və mənfəət gətirən iqtisadiyyat qura bilərik".

Xəbər lenti

Xəbər lenti