Bakı. Trend:
Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə iki günlük “INMerge Innovation Summit” zirvə toplantısı öz işinə başlayıb.
Trend xəbər verir ki, sayca beşinci – yubiley sammitin əsas məqsədi Azərbaycanın innovasiya ekosisteminin inkişafına dəstək göstərmək, startaplarla investorlar arasında əməkdaşlıq platforması yaratmaq, həmçinin ekosistemin bütün iştirakçıları arasında təcrübə və bilik mübadiləsini təmin etməkdir.
Sammit fintex, telekommunikasiya, elektron kommersiya və digər sahələrdən fikir liderlərini, investorları və novatorları bir araya gətirəcək. “INMerge” həmçinin tərəfdaşlıqların qurulması, əməkdaşlığın genişləndirilməsi və regiondakı sənayenin əsas nümayəndələri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün strateji bir meydança rolunu oynayır.
2024-cü ildə Bakıda keçirilmiş sammit 5000-dən çox iştirakçı, 100-dən artıq spiker, eləcə də startaplar və investorları bir araya topladı. 2025-ci il tədbirinə hazırlıq isə daha da iddialı hədəflərlə başlanılıb.