...

Orta dəhliz Türk Dövlətləri Təşkilatının əsas nəqliyyat layihəsinə çevrilir - Qazaxıstandan baxış

İqtisadiyyat Materials 29 Sentyabr 2025 12:45 (UTC +04:00)
Orta dəhliz Türk Dövlətləri Təşkilatının əsas nəqliyyat layihəsinə çevrilir - Qazaxıstandan baxış
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Asiya və Avropa arasında etibarlı ticarət arteriyasını təmin etməklə Türk Dövlətləri Təşkilatının əsas nəqliyyat layihəsi olan Orta dəhlizin inkişafında fəal şəkildə iştirak edir

Trend xəbər verir ki, bunu Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev Bakıda TDT üzv dövlətlərinin beyin mərkəzlərinin konfransında çıxışında deyib.

O qeyd edib ki, Qazaxıstan TDT-nin inkişafını tarixi məsuliyyət və iqtisadi dayanıqlılığı, şaxələndirilməni və regional inteqrasiyanı gücləndirə biləcək strateji resurs kimi qiymətləndirir.

“Orta Dəhliz TDT-nin flaqman layihəsidir və qlobal ticarətin sabitliyinə vacib töhfədir. Bu gün onun əhəmiyyəti qeyri-sabitlik şəraitində xeyli artıb”, - deyə ekspert söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti