...

Son 2 gün ərzində 67 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - DİN

Cəmiyyət Materials 29 Sentyabr 2025 10:28 (UTC +04:00)
Son 2 gün ərzində 67 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də və 28-də ümumi çəkisi 67,4 kiloqramdan artıq olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Trend xəbər verir ki, bu barədə DİN-dən məluymat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 46,6 kiloqramdan çox marixuana, 3 kiloqram həşiş, 2 kiloqramdan çox tiryək, 800 qramdan artıq heroin və 15 kiloqrama yaxın psixotrop maddə metamfetamin olub.

Əlavə olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti