...

Heqsetin generallarla görüşü döyüş əzmini gücləndirmək məqsədini daşıyacaq - Tramp

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 05:48 (UTC +04:00)
Heqsetin generallarla görüşü döyüş əzmini gücləndirmək məqsədini daşıyacaq - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, sentyabrın 30-da Virciniya ştatında ölkənin müdafiə naziri Pit Heqsetin generallar və admirallarla planlaşdırılan görüşü onların döyüş əzmini gücləndirmək məqsədi daşıyır.

Trend xəbər verir ki, Tramp bu barədə "Reuters" agentliyinə müsahibəsində danışıb.

“Mən generallara bildirmək istəyirəm ki, biz onları sevirik. Onlar hörmətli liderlərdir və güclü, qətiyyətli, eyni zamanda ağıllı və mərhəmətli olmalıdırlar”, – deyə ABŞ Prezidenti görüşdə iştirak edəcəyini təsdiqləyib.

Tramp əlavə edib: “Əsas məsələ hərbi birliyin ruhudur. Artıq bunun vaxtı çatıb.”

Xəbər lenti

Xəbər lenti