Bakı.Trend:
Neftçalada sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəzada həyatını itirib.
Trend xəbər verir ki, 27.09.2025-ci il tarixdə saat 23:30 radələrində 1979-cu il təvəllüdlü Fərəcov Ərziman Məmmədtağı oğlu sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında olan daş lövhə ilə toqquşub, nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Bildirilib ki, faktla bağlı Neftçala RPŞ-nin İB-də 28.09.2025-ci il tarixdə CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılır.