...

Avropanın top-5 liqasında ikinci ən yaxşı assist edən futbolçusu bəlli olub

İdman Materials 29 Sentyabr 2025 04:26 (UTC +04:00)
Avropanın top-5 liqasında ikinci ən yaxşı assist edən futbolçusu bəlli olub

Bakı. Trend:

Lamin Yamal Avropanın top-5 liqasında son iki mövsümün ikinci ən yaxşı assist edən futbolçusudur.

Trend xəbər verir ki, “Barselona”nın vingeri La Liqanın 7-ci turunda Robert Levandovskinin qələbə qoluna məhsuldar ötürmə edib (2:1).

Ümumilikdə ötən və cari mövsümləri birləşdirsək, Yamal klubun heyətində bütün turnirlərdə 24 məhsuldar ötürmə verib. Bu müddətdə top-5 liqalar arasında yalnız “Liverpul”dan Məhəmməd Salahın göstəricisi daha yüksəkdir – 26.

“Barselona”nın futbolçusu Rafinyanın da 24 asisti var.

Xəbər lenti

Xəbər lenti