...

"Mançester Siti" futbolçusunu 15 milyon avroya satacaq

İdman Materials 28 Sentyabr 2025 23:49 (UTC +04:00)

Bakı. Trend:

“İnter” “Mançester Siti”dən Manuel Akanjini transfer etməyi planlaşdırır.

Trend xəbər verir ki, “nerazzura” 30 yaşlı futbolçu 15 milyon avro ödəməyə hazırdır.

İsveçrəlinin “Mançester Siti” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Akanji hazırda “İnter”də icarə əsasında çıxış edir. İsveçrə millisinin üzvü karyerası ərzində “Vintertur”, “Bazel”, “Borussiya”(Dortmund) klublarında oynayıb.

Xəbər lenti

Xəbər lenti