Bakı. Trend:
Türkiyənin Manisa şəhərinin Salihli rayonunda ağır avtomobil qəzası baş verib.
Trend xəbər verir ki, qəza İzmir-Ankara D300 avtomobil yolunun Caferbey məhəlləsi yaxınlığında qeydə alınıb.
Qarşı zolağa çıxan avtomobilin yük maşını ilə toqquşması nəticəsində avtomobildə olan 5 nəfər hadisə yerində həlak olub.
Yük maşınında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.