...

FIFA penalti qaydalarını dəyişdirə bilər

İdman Materials 29 Sentyabr 2025 03:02 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər.

Trend xəbər verir ki, "Bild"in yaydığı məlumata görə, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək.

Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti