...

Almaniyanın daxili işlər naziri Suriyaya deportasiya üzrə sürətli razılaşma əldə etməyi planlaşdırır

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 05:09 (UTC +04:00)
Almaniyanın daxili işlər naziri Suriyaya deportasiya üzrə sürətli razılaşma əldə etməyi planlaşdırır

Bakı. Trend:

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt cari ildə Suriyaya qayıdış və deportasiya üzrə sürətli razılaşma əldə etməyi planlaşdırır.

Trend xəbər verir ki, nazir “Rheinische Post” qəzetinə müsahibəsində bu istiqamətdə danışıqların tezliklə başlayacağını bildirib. O, Almaniyanın Miqrasiya və Qaçqınlar İdarəsinə (BAMF) Suriya vətəndaşları üçün dayandırılmış sığınacaq prosedurlarını qismən bərpa etməyi tapşırdığını deyib. Bununla da, sığınacaq müraciətləri qəbul olunmayan şəxslərin deportasiyası həyata keçiriləcək.

“Biz hələ bu il Suriya ilə razılaşma əldə etmək, əvvəlcə cinayətkarları, sonra isə yaşayış hüququ olmayan şəxsləri deportasiya etmək istəyirik. Bu məsələdə yaxşı inteqrasiya olmuş və işləyən şəxslərlə sığınacaq hüququ olmayan və sosial yardım alan şəxsləri ayırmaq lazımdır”, - deyə Dobrindt bildirib.

Qeyd edək ki, Almaniyadan Suriyaya sonuncu deportasiya 2012-ci ildə həyata keçirilib. İyulun sonuna olan məlumata əsasən, Almaniyada 955 min suriyalı yaşayır. Son bir ildə 83 150 suriyalı Almaniya vətəndaşlığı alıb.

Xəbər lenti

Xəbər lenti