...

Xaçmazda oğurluqda şübhəli bilinən şəxsin avtomobilində narkotik aşkarlanıb

Hadisə Materials 29 Sentyabr 2025 08:19 (UTC +04:00)
Xaçmazda oğurluqda şübhəli bilinən şəxsin avtomobilində narkotik aşkarlanıb

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxs avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti