...

Zəngəzur dəhlizi Orta dəhlizdə tranziti gücləndirəcək - Nazir müavini

Cəmiyyət Materials 29 Sentyabr 2025 10:47 (UTC +04:00)
Zəngəzur dəhlizi Orta dəhlizdə tranziti gücləndirəcək - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir, Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə bu rolu daha da möhkəmləndirəcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji regional mərkəz rolunu daha da gücləndirir: "Müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və səmərəli logistika həlləri yaradır".

S. Bəşirli eyni zamanda qeyd edib ki, enerji siyasəti Azərbaycanın həm inkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraq qalır: "Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və külək layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası” Azərbaycanın qlobal enerji keçidində fəal iştirakını təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti