...

Ölkəmizdə fəaliyyət göstərən startapların Mərkəzi Asiyada fəaliyyət imkanları genişlənəcək - Fərid Osmanov

Cəmiyyət Materials 29 Sentyabr 2025 13:08 (UTC +04:00)
Ölkəmizdə fəaliyyət göstərən startapların Mərkəzi Asiyada fəaliyyət imkanları genişlənəcək - Fərid Osmanov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiya və Regional İnkişaf Agentliyi olaraq biz ölkəmizdə innovasiya ekosisteminin qurulması, bu istiqamətdə bilikli və bacarıqlı insan kapitalının formalaşdırılması, uyğun startap ekosisteminin yaradılması, startapların həm ölkə bazarında inkişaf etdirilməsi, həm də xarici bazarlara çıxışı istiqamətində davamlı tədbirlər həyata keçirmişik.

Trend xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tədbirlərin davamı olaraq innovasiya ekosisteminin vacib elementlərindən biri maliyyə vasitələrinə çıxışın artırılmasıdır.

"Bu istiqamətdə Agentlik olaraq iki fondla əməkdaşlıq edirik və bugünkü tədbir çərçivəsində üçüncü fondun yaradılması prosesinə başlamışıq. Artıq Vital Capital Venture Fondu ilə əməkdaşlıq istiqamətində danışıqları tamamlayırıq. Müvafiq fondun yaradılması üzrə işlər yekun mərhələyə çatıb. Vital Capital Fondu Mərkəzi Asiyada mövcud olan ən böyük vençur fondlardan biridir və bu fond vasitəsilə ölkəmizdə formalaşmaqda olan startap ekosisteminin maliyyə vəsaitlərinə daha rahat çıxışı təmin olunacaq. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən startapların təkcə ölkə daxilində deyil, həm də Mərkəzi Asiya və digər regionlarda da fəaliyyət imkanları genişlənəcək. Hiss edirik ki, bu istiqamətdə görülən işlər startaplarımız üçün olduqca faydalı olacaq. Fondun kapitalı ilkin mərhələdə Agentlik tərəfindən maliyyələşdiriləcək. İlk mərhələdə 1 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur və bu istiqamətdə danışıqlar davam edir",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti