...

Metro və avtobuslarda gediş haqqı bu qədər olacaq

İqtisadiyyat Materials 29 Sentyabr 2025 11:25 (UTC +04:00)
Metro və avtobuslarda gediş haqqı bu qədər olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Metro nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə RİNN-dən məlumat verilib.

Bildirilib ki, bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

"Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək",-əlavə olunub.

Xəbər lenti

Xəbər lenti