...

Qırğızıstan TDT konsepsiyasına "hibrid dayanıqlılıq" kateqoriyasının əlavə edilməsini təklif edib

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 13:38 (UTC +04:00)
Qırğızıstan TDT konsepsiyasına "hibrid dayanıqlılıq" kateqoriyasının əlavə edilməsini təklif edib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin konseptual bazasına “hibrid dayanıqlılıq” kateqoriyasını daxil etməyi təklif edib. Bu kateqoriya ölkələrin hərbi, iqtisadi, kiber təhdidlər, dezinformasiya və iqlim çağırışları şəraitində stabilliyi və funksionallığı qoruyub saxlamaq qabiliyyətini nəzərdə tutur.

Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktorunun müavini Şumkarbek Adilbek Bakıda keçirilən TDT beyin mərkəzlərinin konfransı çərçivəsində bildirib.

O əlavə edib ki, TDT ölkələri fövqəladə hallar zamanı qarşılıqlı yardımı sürətlə təmin etmək üçün vahid təlimatlardan və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üzrə standart protokollardan istifadə edə biləcəklər. Həmçinin, infrastrukturun qorunması, dezinformasiyaya qarşı mübarizə və dayanıqlı inkişaf məqsədilə tədqiqat qrupları və analitik mərkəzlər üçün mikroqrant proqramları planlaşdırılır.

Onun sözlərinə görə, Ukraynadakı müharibə, Yaxın Şərq münaqişəsi və hibird təhdidlərin yayılması nəticəsində qlobal qeyri-sabitliyin artması birgə tədbirlərin zəruriliyini daha da artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti