Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
***
12:06
Bakı.Trend:
Sumqayıt şəhər altıncı mikrorayon ərazisində 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın başlayıb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki,hadisə yerinə dərhal Sumqayıt Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər:
"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".