Bakı. Trend:
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55,672 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyard manat və ya 12,3% çoxdur.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,3% artaraq 48, 595 milyard manata yüksəlib. Bundan başqa, sektorun depozit portfeli 4,3% artaraq 36,517 milyard manata çatıb.
Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 52.6%
(15,091 milyard manat); ıı) istehlak kreditləri – 31.7% (9,114
milyard manat) və ııı) ipoteka kreditləri – 15.7% (4,498 milyard
manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit
portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.1%-i və ya
36,517 milyard manat. Depozit portfelinin 58.7%-i (21,431 milyard
manat) hüquqi şəxslərin, 41.3%-i (15,086 milyard manat) fiziki
şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki
şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.3%-i (10,149 milyard manat) milli valyutada, 32.7%-i (4,936 milyard manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (9,560 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 0.4% və ya 40.9 milyon manat artıb.