...

Hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i sürətləndirə bilər - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 29 Sentyabr 2025 12:36 (UTC +04:00)
Hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i sürətləndirə bilər - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i irəlilədə bilər.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O qeyd edib ki, insan iqlim məsələləri ilə uzun müddət məşğul olduqda, bu sahədə müəyyən təcrübə qazanır:

"Sürətlə irəliləmək üçün bir neçə məqamı qeyd etmək istəyirəm. Birincisi, geosiyasət önəmlidir, çünki bu proses interhökumətlidir. Lakin geosiyasətlə bağlı çox mürəkkəb mexanizmlər var. Ümumiyyətlə, burada cəmiyyətin, xüsusən də gənclərin, övladlarımızın göstərdiyi təzyiq mühüm rol oynayır və bu, bütün dünyaya aiddir.

Dövlətlərin öz milli maraqlarını güddüyü bir dünyada, məsələ əsasən onların rəqabət üstünlüyünü necə irəlilətməsindən asılıdır. Hamımız qlobala necə qayğı göstərdiyimizi danışa bilərik, amma dövlətlərin təbiətinə görə, bu məsələnin müəyyən dərəcədə milli maraqlarla üst-üstə düşməsi vacibdir. Biz şanslıyıq ki, bir çox hallarda yaşıl keçid prosesini irəlilətmək bir çox ölkənin milli maraqlarına xidmət edir, xüsusən texnoloji innovasiya və iqtisadiyyata töhfəsi baxımından".

Nazir müavini vurğulayıb ki, bəzi ölkələr üçün isə, məsələ enerji təhlükəsizliyi və özünəqabiliyyətlilikdir:

"Şəxsi söhbətlərdə onlar etiraf edirlər ki, bütün bu böyük insanlıq missiyaları bir yana, məsələnin milli maraqlarla üst-üstə düşməsi onların üçün məntiqlidir. Mənim üçün bu üst-üstə düşmə kifayət qədər böyükdür və prosesin irəlilədiyinə əmin olmaq üçün yetərlidir.

İkincisi, heç bir hökumət, heç bir hökumətlər birliyi bu prosesi lazımi sürətlə irəlilədə bilməz. Sürət, yəni 2050-ci il üçün "net-zero" və 1,5°C istiqamətli net-zero hədəflərinə çatmaqdır. Bu baxımdan hökumətin əsas rolu özəl sektoru aktivləşdirməkdir. Başqa yol yoxdur. Bazar qüvvələri sərhəd tanımır. Yəni bazar qüvvələri daxil olmadan həll yolu yoxdur".

E. Soltanovun sözlərinə görə, hökumət və fondların əsas vəzifəsi prosesi sürətləndirmək, lazım gəlsə əlavə resurs xərcləməkdir ki, bazar qüvvələri işə düşsün və irəliləsin:

"Bazar qüvvələrinin iştirakının vacibliyi ondadır ki, bəzi yaşıl texnologiyalar bazar tərəfindən həyata keçirilə bilər, amma bəziləri hələ çox bahalıdır və bazar aktorları onlara daxil olmur.

Üçüncüsü isə, cəmiyyətin qüvvəsidir. İnsanların gözündəki həvəsi, məsələyə olan səmimi münasibəti, məsələn, Nyu-York və Berlində gördüyümüz kimi, böyük rol oynayır. İnsanların bu həvəsi və yaradıcılığı çox güclüdür. Uşaqları öyrətmək, maarifləndirmək çox önəmlidir, çünki uşaqlar valideynlərinə göstərdikləri təzyiqi kiçik görmək olmaz. Bu, özlüyündə ayrıca bir gücdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti