...

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 14:13 (UTC +04:00)
Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.

Trend xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq:

"Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti