...

Azərbaycan iqlim gündəliyində öz liderliyini sübut edib - BMT baş assambleyasının keçmiş prezidenti

Yaşıl iqtisadiyyat Materials 29 Sentyabr 2025 15:18 (UTC +04:00)
Azərbaycan iqlim gündəliyində öz liderliyini sübut edib - BMT baş assambleyasının keçmiş prezidenti
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan COP29-un hazırlığı və keçirilməsi çərçivəsində verdiyi bütün vədləri yerinə yetirməyə nail olub və qlobal iqlim gündəliyində lider mövqeyini qorumaqda davam edir.

Trend xəbər verir ki, bunu BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 konfransı çərçivəsində deyib.

Onun sözlərinə görə, 100-dən çox silahlı münaqişəni, enerji və maliyyə böhranlarını əhatə edən mürəkkəb beynəlxalq şəraitə baxmayaraq, Azərbaycan COP29 konfransının təşkilini tam həcmdə təmin edib, 300 milyard dollarlıq yeni iqlim maliyyələşdirilməsinin işə salınması, İtki və Zərərə cavab verən Fondun yaradılması və tam fəaliyyətə başlaması, həmçinin karbon bazarlarına dair (Paris sazişinin 6-cı maddəsi) qərarların qəbul edilməsi üzrə əsas vəzifələri icra edib.

“Azərbaycandan logistika və təşkilati məsələlərdən tutmuş danışıqların real nəticələrinə kimi - nə gözlənilirdisə hamısı gerçəkləşdi. Bu, təkcə bir dəfəlik uğur deyildi: görürük ki, ölkə iqlim gündəliyində milli prioritetini davamlı şəkildə nümayiş etdirir”,- deyə Espinosa vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti