...

Şimali Kipr TDT-nin logistika və enerji mərkəzinə çevrilə bilər - Lətif Akça

İqtisadiyyat Materials 29 Sentyabr 2025 13:27 (UTC +04:00)
Şimali Kipr TDT-nin logistika və enerji mərkəzinə çevrilə bilər - Lətif Akça
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) logistika, enerji və təhsil mərkəzinə çevrilə bilər.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti yanında vətəndaş cəmiyyəti təşkilatları ilə təmaslar üzrə əlaqələndirici Lətif Akça TDT beyin mərkəzlərinin konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq dənizindəki strateji mövqeyi, ticarət mallarının türk dünyasından Avropa və Afrikaya sürətli və təhlükəsiz daşınması üçün limanlar və dəniz infrastrukturundan, o cümlədən modernləşdirilmiş Famaqusta limanından istifadə etməyə imkan verir.

Lətif Akça qeyd edib ki, sərbəst limanlar və azad ticarət zonaları birgə ticarət təşəbbüslərinin inkişafına təkan verəcək.

O bildirib ki, region TDT-nin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. Şərqi Aralıq dənizinin təbii ehtiyatları enerji resurslarının təhlükəsiz daşınması və rəqəmsallaşdırılması üçün yeni imkanlar açır, bu da regionda sabitliyi möhkəmləndirmiş olur.

Akça əlavə edib ki, Şimali Kiprdə 25-dən çox universitet və 110 mindən çox tələbə fəaliyyət göstərir. Bu isə TDT ölkələri arasında akademik əməkdaşlığa, tələbə mobilliyinə, mədəni mübadiləyə və diplomatik əlaqələrə vəsilə olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti