Bakı. Trend:
Azərbaycan bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafına aktiv şəkildə investisiya qoyur və 2027-ci ilə qədər 2 QVt “yaşıl güc"lər qurmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq yaxın illərdə “təmiz enerji"nin payını əhəmiyyətli dərəcədə artırmağı və istixana qazı tullantılarını azaltmağı planlaşdırır.