Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) “Turkic World 2040 Vision” və TDT-nin 2022-2026-cı illəri əhatə edən strategiyası çərçivəsində aktiv şəkildə iqtisadiyyat, nəqliyyat, media və təhsil sahələrində proqram və layihələr gerçəkləşdirərək, 6-7 oktyabr də Qəbələdə keçiriləcək 12-ci sammitə hazırlaşır.
Trend xəbər verir ki, bunu TDT-nin baş katibinin müavini Ömər Kocaman təşkilata üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən konfransında deyib.
Kocaman vurğulayıb ki, indiki görüş dünyadakı dəyişikliklərə uyğunlaşmaq və yeni ideyaları yeniləmək baxımından əhəmiyyətlidir.
“Bugünkü görüş bizə yeni ideyaları müzakirə etmək və Türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək imkanı verir”, - deyə o qeyd edib.
O, Azərbaycanın “türk dünyasının iki qanadı arasında körpü”tək xüsusi rola malik ölkə olduğunu diqqətə çatdırıb. Baş katibin müavini qeyd edib ki, TDT ümumi tarix və köklər əsasında təbii bir birlikdir.