...

Artıq 51 ölkə öz Milli səviyyədə müəyyən edilmiş töhfələrini təqdim edib - Estefaniya Ardilya Robles

İqtisadiyyat Materials 29 Sentyabr 2025 17:10 (UTC +04:00)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq 51 ölkə öz Milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) təqdim edib – onlardan 42-si Tərəfdaşlığın üzvüdür, 29 ölkə isə yeni NDC-lərin hazırlanmasında Tərəfdaşlıq üzvlərinin dəstəyini alıb.

Trend xəbər verir ki, bunu NDC-lər üzrə Tərəfdaşlığın ölkələrlə qarşılıqlı fəaliyyət üzrə direktorunun müavini Estefaniya Ardilya Robles “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkələr geniş ictimaiyyətin NDC məqsədləri ilə bağlı məlumatlılığının artırılmasına, institutlar səviyyəsində dəstəklənməsinə və cəmiyyət üçün anlaşıqlı olmasına getdikcə daha çox diqqət göstərir. Bu isə onların uğurla həyata keçirilmə şansını artırır:

"Birinci addım – iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması və adaptasiyası üçün prioritet sahələri və iqtisadi tədbirləri müəyyən etməkdir. NDC-lər və uzunmüddətli strategiyalar (LTS) vasitəsilə aydın siqnallar bu istiqamətdə hərəkət etməyə kömək edir.

İkinci addım – NDC məqsədlərini konkret fəaliyyətlərə çevirmək üçün icra planlarının, yol xəritələrinin və əsas mərhələlərin hazırlanmasıdır. Tərəfdaşlıq belə planların hazırlanmasında 64 ölkəyə dəstək verib; bunların bir çoxu nazirlikləri, özəl sektoru və bütün maraqlı tərəfləri cəlb etmək üçün investisiya və müşayiət mexanizmlərini əhatə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti