...

"InMerge" Mərkəzi Avrasiyanın əsas innovasiya forumuna çevrilib - Cəlal Qasımov

İqtisadiyyat Materials 29 Sentyabr 2025 15:51 (UTC +04:00)
"InMerge" Mərkəzi Avrasiyanın əsas innovasiya forumuna çevrilib - Cəlal Qasımov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən beşinci “InMerge Innovation Summit” zirvə toplantısı Mərkəzi Avrasiya regionunda innovasiyalar, investisiyalar və texnologiyaların müzakirəsi üçün ən böyük regional platformaya çevrilib.

Trend xəbər verir ki, bu barədə “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov Bakıda təşkil olunmuş “INMerge Innovation Summit”də çıxışında bildirib.

O qeyd edib ki, “InMerge” beş il ərzində kiçik bir korporativ görüşdən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən siyasətçiləri, investorları, korporasiyaları, startapları və ekosistem qurucularını bir araya gətirən əhəmiyyətli bir tədbirə çevrilib.

“Bu gün InMerge Mərkəzi Avrasiyanın əsas innovasiya forumudur, burada ideyalar və kapital əl-ələ verərək işləyir. Dünən biz sərmayələrin inkişafı necə sürətləndirdiyini göstərdik, bu gün isə innovasiyaların həmin sərmayələri necə irəliləyişlərə çevirdiyini nümayiş etdiririk. Birlikdə onlar regionun gələcəyinin hərəkətverici qüvvəsinə çevrilirlər”, - deyə C.Qasımov bildirib.

O, həmçinin cari sammitin miqyasına diqqət çəkib: tədbirdə əsas istiqamətlər fintex və məsuliyyətli bankçılıqdan tutmuş süni intellekt, Sənaye 4.0, telekommunikasiya, marketinq və elektron kommersiyaya qədər olan mövzular üzrə 150-dən çox spiker iştirak edir, ümumi iştirakçı sayı isə 5 mindən çoxdur. 100-dən çox startaplar öz layihələrini təqdim edirlər, 80-dən artıq vençur fondu isə onların inkişafını dəstəkləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti