Bakı. Trend:
Danimarkanın təcrübəsi göstərir ki, iqtisadiyyatı neft sektoruna söykənən ölkələr də “yaşıl keçid”i uğurla başlada bilərlər.
Bunu Trend-ə Dünya İqliim Fondunun baş icraçı direktoru Yens Nilsen “Bakı İqlim Fəaliyyəti Həftəsi 2025” çərçivəsində özəl müsahibəsində deyib.
O qeyd edib ki, ölkədə COP-un keçirilməsi “yaşıl” gündəliyin uzunmüddətli təşviqi üçün təmələ çevrilməkdədir.
“2009-cu ildə Kopenhagen COP-a ev sahibliyi edərkən Danimarka əsasən Şimal dənizi neftinə çox bağlı olan ölkə idi. Amma məhz həmin sammit bərpa olunan enerji sektoruna keçidin başlanğıcı oldu. Ümid edirəm ki, oxşar proseslər Azərbaycanda da başlayacaq. Burada Xəzər dənizində külək enerjisinin inkişafı üçün unikal şərait mövcuddur, həmçinin təbii həllər və dayanıqlı kənd təsərrüfatı üçün böyük potensial var”, - deyə Nilsen bildirib.