...

"White Hill Capital" Azərbaycan şirkətlərinin Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə çıxışına yardımçı olacaq

İqtisadiyyat Materials 29 Sentyabr 2025 16:38 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“White Hill Capital” Azərbaycan şirkətlərinin Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxışına yardımçı olacaq.

Trend xəbər verir ki, bu barədə “White Hill Capital”ı idarəedici tərəfdaşı Aslan Sultanov White Hill Capital və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında “INMerge Summit” çərçivəsində imzalanmış, yeni vençur investisiya şirkətinin yaradılması haqqında Təsis sazişinin təqdimat mərasimində danışıb.

“Bu gün biz İRİA ilə birgə investisiya alətinin yaradılması layihəsini başa çatdırdıq. Bu çərçivədə agentlik vəsait yatıracaq, biz isə İRİA-nın hər 1 dollarına qarşılıq olaraq həmin alətə 2 dollar yatıracağıq. Bu alət iki tip startapı maliyyələşdirəcək. Birincisi – Azərbaycanda fəaliyyət göstərən və əvvəlcə Mərkəzi Asiya ölkələrinə, daha sonra isə BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyən startaplardır. İkincisi isə – Azərbaycan bazarına daxil olmaq, burada şirkət qurmaq, əməkdaşlar cəlb etmək və vergi ödəmək istəyən şirkətlərdir”,- deyə o bildirib.

Sultanov qeyd edib ki, bu alətin köməyi ilə şirkət genişlənməyə can atan Azərbaycan startapları üçün uğurlu bir yol xəritəsi yarada biləcək.

“Bizim təcrübəmizə görə, lokal bazarın hüdudlarından tez çıxan şirkətlər kapitalizasiyada ən yaxşı artımı və uğurlu çıxış potensialını əldə edirlər. Məhz bunu reallaşdırmağı planlaşdırırıq”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti