...

Aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısı genişləndirilib

Cəmiyyət Materials 29 Sentyabr 2025 16:13 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısı genişləndirilib.

Trend-in məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, aşağıdakılar da sözügedən siyahıya əlavə edilib:

  • Ətlik diri quş yetişdirilməsi üçün avadanlıq dəsti
  • Bağçılıqda istifadə olunan çiçək seyrəldən texnika
  • “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təsərrüfatlarında tətbiq olunan müasir suvarma sistemlərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə quraşdırılan günəş panelləri
  • Arı yemi istehsal edən texnoloji avadanlıq

Məlumat üçün bildirək ki, qərar sentyabrın 15-də qəbul edilib, sentyabrın 26-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, sentyabrın 27-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti