...

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 16:39 (UTC +04:00)
Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Gəncə. Trend:

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib.

Trend-in yerli müxbiri xəbər verir ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir.

Belə ki, burada AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası da tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, stadionda lll MDB oyunlarının açılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti