...

Azərbaycan və Özbəkistan hərbi qulluqçularının birgə komanda-qərargah təlimi başa çatıb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 16:20 (UTC +04:00)
Azərbaycan və Özbəkistan hərbi qulluqçularının birgə komanda-qərargah təlimi başa çatıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər zamanı Azərbaycan hərbi kontingenti Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini, həmçinin Özbəkistan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhramanlığın və fədakarlığın rəmzi olan "Qələbə Parkı" və "Şan-Şərəf" Dövlət Muzeyini ziyarət ediblər.

"Ssenariyə uyğun olaraq, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib".

Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Sonda "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti