...

“White Hill Capital” vençur fondu öz təcrübəsini və qabaqcıl praktikalarını Azərbaycanla bölüşməyə hazırdır

İqtisadiyyat Materials 29 Sentyabr 2025 16:16 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“White Hill Capital” vençur fondu öz təcrübəsini və qabaqcıl praktikalarını Azərbaycanla bölüşməyə hazırdır.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyinin sədri Fərid Osmanov White Hill Capital və agentlik arasında “INMerge Summit” çərçivəsində imzalanmış yeni vençur investisiya şirkətinin yaradılması haqqında Təsis sazişinin təqdimat mərasimində deyib.

“Bu gün iki qurum sənəd imzaladı və bu sənəd Bakıda “White Hill Capital”ın fondunun yaradılmasına zəmin olacaq. Biz sıx əməkdaşlıq gözləyirik: Agentlik olaraq bizim missiyamız startap ekosistemini inkişaf etdirmək, innovasiyaları və rəqəmsal xidmətləri dəstəkləməkdir. Öz növbəsində “White Hill” təcrübəsini və qabaqcıl praktikasını bölüşməyə hazırdır. Məhz buna görə, də biz birgə şəkildə Bakıda vençur fondunun yaradılması qərarına gəldik”, – deyə o bildirib.

Osmanov danışıqlar və müzakirələrin hələ 2024-cü ildə başladığını və bu gün təşəbbüsün yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti