...

Yevlax Olimpiya İdman Kompleksində mehmanxana binası fəaliyyət göstərəcək (FOTO)

Gündəm Materials 29 Sentyabr 2025 16:41 (UTC +04:00)
Yevlax Olimpiya İdman Kompleksində mehmanxana binası fəaliyyət göstərəcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Tikintisinə 2024-cü ildə başlanılan Yevlax Olimpiya İdman Kompleksinin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb.

Trend xəbər verir ki, bu sözləri Yevlax Olimpiya Kompleksinə təşkil olunmuş media turda iştirak edən jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehtiyev bildirib.

O həmçinin qeyd edib ki, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti